Site icon Aznews TV

Güney Azərbaycanda mədəni aksiya: Uşaqlara ana dilində kitablar paylanıldı

17 dekabr 1946-cı ildə Güney Azərbaycanda “Azərbaycan Milli Hökuməti” devrildikdən sonra ana dilində dərslik və kitabların yandırılmasının ildönü ilə bağlı Muğan şəhərində aksiya keçirilib.

“Aznews tv” xəbər verir ki, milli-mədəni fəallar Azərbaycan türkcəsində uşaqlar və yeniyetmələr üçün çap edilən çox sayda kitab paylayaraq, dekabrın 17-də türkcə kitabların yandırılmasına etirazlarını bildirib, qeyri-fars dillərə qarşı oxşar siyasətin davam etdiyini xatırladıblar.

Qeyd edək ki, 1946-cı ildə Azərbaycan Milli Hökuməti devrildikdən sonra İranın hökumət qüvvələri Azərbaycan şəhərlərində qırğın törətməklə yanaşı, Azərbaycan dilində çıxan dərslik və başqa kitabların yandırılmasına başlayıblar.

Xüsusilə dekabrın 12-də (26 azər) Güney Azərbaycanın bir çox bölgələrində hökumət qoşunları və onların yerli əlaltıları bir illik Milli Hökumət dövründə çap olunan Azərbaycan türkcəsində kitabları toplayaraq yandırıblar.

Exit mobile version