Azərbaycan

Güney Azərbaycanda mədəni aksiya: Uşaqlara ana dilində kitablar paylanıldı

"Aznews tv" xəbər verir ki, milli-mədəni fəallar Azərbaycan türkcəsində uşaqlar və yeniyetmələr üçün çap edilən çox sayda kitab paylayaraq, dekabrın 17-də türkcə kitabların yandırılmasına etirazlarını bildirib, qeyri-fars dillərə qarşı oxşar siyasətin davam etdiyini xatırladıblar.

17 dekabr 1946-cı ildə Güney Azərbaycanda “Azərbaycan Milli Hökuməti” devrildikdən sonra ana dilində dərslik və kitabların yandırılmasının ildönü ilə bağlı Muğan şəhərində aksiya keçirilib.

“Aznews tv” xəbər verir ki, milli-mədəni fəallar Azərbaycan türkcəsində uşaqlar və yeniyetmələr üçün çap edilən çox sayda kitab paylayaraq, dekabrın 17-də türkcə kitabların yandırılmasına etirazlarını bildirib, qeyri-fars dillərə qarşı oxşar siyasətin davam etdiyini xatırladıblar.

Qeyd edək ki, 1946-cı ildə Azərbaycan Milli Hökuməti devrildikdən sonra İranın hökumət qüvvələri Azərbaycan şəhərlərində qırğın törətməklə yanaşı, Azərbaycan dilində çıxan dərslik və başqa kitabların yandırılmasına başlayıblar.

Xüsusilə dekabrın 12-də (26 azər) Güney Azərbaycanın bir çox bölgələrində hökumət qoşunları və onların yerli əlaltıları bir illik Milli Hökumət dövründə çap olunan Azərbaycan türkcəsində kitabları toplayaraq yandırıblar.

Related Articles

Bir cavab yazın

Back to top button