Azərbaycanİran

Güney Azərbaycanda sosial media fəalı həbs edilib

Xiyav (farsca Meşkinşəhr) şəhərində sosial media fəalı həbs edilib. Bu barədə şəhər prokuroru Babək Nonəhal açıqlama verib.

O, açıqlamasında saxlanılan şəxsin “İran İslam Respublikasının əsaslarını və siyasi xadimlərini təhqir edən material dərc etmək”də günahlandırıldığını deyib. Nonəhal tutulan şəxsin kimliyi və haraya aparıldığı barədə məlumat verməyib.

Həbs edilən azərbaycanlının helikopter qəzası və İbrahim Rəisinin həlak olması ilə bağlı paylaşım etdiyinə görə cəzalandırıldığı ehtimal olunur .

İbrahim Rəisinin ölüm xəbəri ilə bağlı hökumət ideologiyasından kənar məzmunda məlumatlar yayan, eləcə də hadisəyə sevinən yüzlərlə şəxs və sosial media fəalı saxlanılıb, çox sayda sosial media hesabları isə qapadılıb.

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin icra başçısı Malik Rəhməti mayın 19-da Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olublar.

Related Articles

Bir cavab yazın

Back to top button