İran

Güney Azərbaycandan qonşu ölkələrə dəmir yolu xəttinin açılmasının əhəmiyyəti

“Ölkənin quzey-qərbindəki qonşu ölkələrə dəmir yolu xəttinin açılması Şərqi Azərbaycan vilayətinin irtibat bonbəstindən çıxması üçün önəmlidir”. Bu fikirləri Şərqi Azərbaycan vilayətinin başçısı Məhəmmədriza Purməhəmmədi səsləndirib. O, məsul qurumların iqtisadi əsaslandırma tərhini Xarici İşlər Vəzirliyinə önərməsinin əhəmiyyətini vurğulayıb. Eləcə də Məhəmməd Cavad Zərifin Güney Azərbaycanın Naxçıvanla mərzinə baş çəkməsindən söz açıb. “Cavad Zərifin bu məntəqəyə baş çəkməsinin əsas hədəfi Culfa və Naxçıvan dəmir yollarının yenidən açılması imkanını nəzərdən keçirmək idi. Hansı ki, bu tərh bölgənin iqtisadi çiçəklənməsində olduqca əhəmiyyətli rol oynayacaq. Vilayətimiz Quzey Azərbaycanla ilişkiləri gəlişdirmək və Dağlıq Qarabağın yenidən qurulmasında iştirak etmək üçün üzərinə yeni məsuliyyət götürüb. Bu dəmir yolu xəttinin açılması son dərəcə önəmlidir”,-deyə Purməhəmmədi bildirib. O, dəmir yolu xəttinin ticarət ilişkiləri və Avrasiya ölkələrinin bazarına çıxış baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button