İran

Güney Azərbaycanın bir sıra əyalətlərində zəlzələ baş verib

Güney Azərbaycanın Həmədan, Qəzvin, Gilan, Tehran və Əlbürz ustanlarında zəlzələ baş verib. Urjans təşkilatının sözçüsü Muctaba Xaledinin sözlərinə görə, saat 15: 04-də Qəzvin-Həmədan yolunun 10 km dərinliyində 5.4 rişter gücündə zəlzələ baş verib. O, qiymətləndirmə qruplarının olay yerinə göndərildiyini deyib. Zəlzələ yaxınlıqdakı şəhərlərə təsir göstərib. Xəsarət və ya ciddi dağıntı barədə məlumat verilməyib.
Zəlzələ Mərkəzi əyalətin Nobəran yaxınlığında, Əlbürz və Tehran vilayətlərinin bir hissəsində də hiss olunub.

Related Articles

Bir cavab yazın

Back to top button