Azərbaycanİran

Güney azərbaycanlı fəala qarşı ittiham irəli sürülüb

Bu barədə onun həyat yoldaşı Ruzbeh Səadəti məlumat yayıb.

Bir neçə gün öncə Zəngan şəhərində ETTELAAT məmurları tərəfindən saxlanılan qadın hüquqları müdafiəçisi Səfiyə Qarabağının həyat yoldaşı özünün sosial media hesabında paylaşım edib.

O, Səfiyə Qarabağının Zəngan şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasında saxlanıldığını yazıb.

“Təhlükəsizlik idarəsinin təcridxanasından zəng edən həyat yoldaşım ona qarşı “hökumətə qarşı təbliğat” ittihamının irəli sürüldüyünü dedi. O, gündüzlər ETTELAAT təcridxanasında saxlanılsada, gecələr başqa yerə köçürülür və orada nə müddət  saxlanılacağı barədə məlumat verilmir”,- deyə, Ruzbeh Səadəti bildirib.

Qeyd edək ki, Səfiyə Qarabaği bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə basqılarla üzləşib.

O, “ictimai fikri çaşdırmaq”, “hökumətə qarşı təbliğat aparmaq” və “yalan məlumat yaymaq”da ittiham edilərək məhkumluq dövrü yaşayıb.

Related Articles

Bir cavab yazın

Back to top button