Azərbaycan

Güney azərbaycanlı fəallar Əyyub və Davud Şiri qardaşları yenidən məhkəməyə çağırılıb

Bir neçə gün bundan öncə sərbəst buraxılan güneyli milli-mədəni fəallar Əyyub və Davud Şiri qardaşları son müdafiələrini etmək üçün Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsinə çağırılıblar.

Fəalların məhkəmə işinin müstəntiqi Seyid Əli Musəvinin imzası ilə göndərilən çağırışda Şiri qardaşlarının ittihamı “sistemə qarşı təbliğat” kimi göstərilib.

Qeyd edək ki, mayın 19-u axşam saatlarında Əyyub Şiri özünün iş yerində, Davud Şiri isə məsciddə keçirilən yas mərasimindən çıxdığı zaman həbs olunub və naməlum yerə aparılıblar.

İunun 2-i günorta saatlarında milli fəallar Əyyub və Davud Şiri qardaşları hər biri 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar.

Bundan öncə Şiri qardaşları 6 aylıq həbs cəzalarını Təbriz zindanında çəkdikdən sonra 23 avqust 2021-ci ildə sərbəst buraxılmışdılar.

Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər.

Related Articles

Bir cavab yazın

Back to top button