İran

Güney azərbaycanlı iki fəal məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli- mədəni fəallar Yusif Səlahşur və Əmir Səttarinin Təbrizin 2 saylı Cinayət Məhkəməsinin 111-ci şöbəsində mühakiməsi keçiriləcək, bu barədə onlara İranın Məhkəmə Sisteminin elektron sistemindən rəsmi qaydada çağırış gəlib.

Bildirilir ki, Yusif Səlahşurun məhkəmə prosesi abanın 5-nə, Əmir Səttarinin məhkəməsi isə abanın 8-nə təyin edilib.

Çağırış vərəqəsində Yusif Səlahşura qarşı “iğtişaş yaratmaqla ümumi nəzmi pozmaq”, “Ələhvazdakı iğtişaşlara dəstək olmaq üçün ordibeheştin 2-də Təbrizdə keçirilmiş icazəsiz etiraz aksiyasında iştirak”, “irtibat sistemtələrindən istifadə etməklə internet üzərindən insanları zorakılığa təşviq etmə” və “İranın siyasi sisteminə qarşı təbliğat fəaliyyəti” kimi ittihamlar irəli sürüldüyü qeyd edilib.

Əmir Səttariyə isə bir müddət öncə istintaq İdarəsinin 15-ci şöbəsindən göndərilən hökm vərəqəsində bildirilib ki, ona qarşı “irtibatat sistemlərindən istifadə etməklə internet üzərindən insanları zorakılığa təşviq etmə” ittihamı irəli sürülüb, “İran rejiminə qarşı təbliğat fəaliyyəti” ittihamı isə ləğv edilib.

Xatırladaq ki, hər iki fəal Güney Azərbaycanda Ələhvaz ərəblərinin cari ilin yay aylarında susuzluğa qarşı keçirdikləri etiraz aksiyalarına dəstək mitinqləri keçirmək üçün etdikləri çağırışlara görə tutulub. Onlar tutulandan bir müddət sonra dindirmə dövrünün başa çatması və məhkəmənin keçirilməsinə qədər girov qarşılığında müvəqqəti olaraq azad olunublar.

Related Articles

Bir cavab yazın

Back to top button