Azərbaycanİran

Güneyli aktivistin aclıq aksiyası 10-u günə keçdi; Təbrizdən aktivistə dəstək

Güney Azərbaycan milli hərəkatının aktivisti rəssam Mürtəza Pərivn Cüda Tehran şəhəri Evin Həbsxanasında başladığı aclıq aksiyası bu gün martın 4-də 10-cu günə keçib.

Həbsxananın Təhlükəszilik İdarəsində saxlanıılan aktivistə dəstək məqsədi ilə Təbriz şəhəri aktivistləri şəhərin küçələrində “etiraz rəngində bir igid” və rəssamın “aclıq aksiyası icrası” qrafiti həkk olunub.

Həmçinin bu barədə sosial şəbəkəlrədə #Morteza_Parvin haştağı ilə aktivistə dəstək kompaniyasının başlandığı bildirilib.

Xatırladaq ki, aktivist disk yırtığı xəstəliyi səbəbindən bel onurğalarında kəskin ağırlardan əziyyət çəkir. Fiziki vəziyyətinin ağırlaşdığı və halsızlığını nəzərə alaraq sağlamlığına təhlükə yarana biləcəyi güman olunur.

Abbas Lsiani Məlumatlandırma Səhifəsinin bildirməsinə istinadən məhbus aktivistin qardaşı Müctaba Pərvin video paylaşaraq qardaşının martın 1-də ailəsi ilə telefon əlaqəsi saxladığını bildirib.

“Əvvlcə də dediyim kimi, ifadə vermirən və verməyəcəyəm. Aclığı davam etdirəcəyəm. Sonuncu icram olaraq canımı Azərbaycana fəda edəcəyəm”- deyə məhbus aktivist Mürtəza Pərvin ailəsinə bildirib.

Vurulayaq ki, güneyli aktivist Mürtəza Pərvin fevralın 6-ı səhər saat 6:30-da 4 avtomobillə  gəlmiş təhlüksəzilik məmurları tərəfindən məhkəmə hökmü olmadan həyət divarından aşaraq evindən götürülüb Təhlükəsizlik İdarəsinə aparılıb.

Mürtəza Pərvin vizual rəssam və icraçısı mütəxəssisi Ərdəbil şəhəri sakinidir.

Aktivist bundan əvvəl Urmu gölünün qurudulması, İran dövlət kanallarının Güney Azərbaycan türklərinə təhqirə qarşı aksiyalar, həmçinin Bəzz (Babək) Qalasına yürüş və sair aksiyalar zamanı dəfələrlə saxlanılmaqla həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button