Dünya

İsraildə terror aktı törədilib: Ölən və yaralananlar var

Naməlum şəxslər İsrailin Hadera şəhərinin Herbert Samuel küçəsində iki yerli sakini odlu silahdan atəş açaraq öldürüblər.

Hadisə terror aktı kimi təsnif edilib, şəhərə bütün girişlər bağlanıb – polis terrorçuları hadisə yerinə çatdıran avtomobili axtarır.

Məlumata görə, hadisə zamanı xəsarət alan 5 yaralıya yerindəcə tibbi yardım göstərilib. Onlardan 3-ü orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Sonradan məlum olub ki, daha 2 nəfər xəsarət alıb, onların vəziyyəti ağırdır.

Yaralıların hamısı hadisə zamanı ətrafda gəzən insanlardır, terror aktının ilk zərərçəkənləri polis əməkdaşları olub.

Terrorçular təhlükəsizlik xidmətinin yaxınlıqda olan mülki geyimli komandoları tərəfindən güllələnib.

İsrailin Hadera şəhərinin Herbert Samuel küçəsində törədilən terror aktı zamanı xəsarət alanların sayı artıb.

Bu barədə “Kan” dövlət radiosu bildirib.

Məlumata görə, terror aktı zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Hadisəni törədənlər polisin açdığı atəşlə zərərsizləşdiriliblər.

Digər mətbu orqanlar terror aktı zamanı 8 nəfərin yaralandığını xəbər veriblər. Qeyd edək ki, daha əvvəl terror aktı zamanı 2 nəfərin həlak olduğu, 5 nəfərin yaralandığı bildirilib. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button