Azərbaycanİran

Güneyli fəal Behzad Xudabəndəlinin məhkəməsi keçirilib

Bu gün Qoçaçay şəhərinin (Miandoab) İnqilab Məhkəməsində siyasi fəal Behzad Xudabəndəlinin ittiham işinin məhkəməsi keçirilib.

O, “İran İslam Respublikasına qarşı yalan yaymaq” ittihamı ilə bağlı müdafiəsini hakimə təqdim edib. Fəalla bağlı qərar yaxın gündə veriləcək.

Qeyd edək ki, son günlər Behzad Xudabandəli Azərbaycanın çoxlu sayda siyasi fəalla birlikdə Azərbaycanın siyasi məhbuslarının məhkəməsinin açıq keçirilməsi kampaniyasında iştirak edib və məhkəmə iclasının açıq keçirilməsini tələb edib.

Related Articles

Bir cavab yazın

Back to top button