İran

Güneyli fəallarla bağlı məhkəmə hökmü elan olunub

Adıçəkilən fəallar bu il mordadın 2-də Təbrizdə su qıtlığına qarşı və Əhvaz ərəblərinin etirazlarına dəstək olaraq etiraz mitinqi keçirməsinə görə tutulmuşdular.

ANT kanalı bildirir ki, milli fəallar Təbriz Cəza Məhkəməsinin 111-ci şöbəsinin daha öncə haqlarındairəli sürülən “qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ümumi nəzmi pozmaq, qanunsuz mitinqlərə qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, əmniyətinə əngəl törətmək” ittihamından bəraət alıblar.

Haqlarında məhkəmə hökmü çıxan fəallar Cabbar Rahdar, Hadi Əfsəri, Qulamhüseyn Qaracadağı, Puya Xudayi, Şayan Təqəvi, Yaşar Kazımi, Arif Muradpur, Əbülfəz Kəraməti, Hüseyn Yusifi, Ulduz Qasımi və Munirə Çəmən Gülzardır.

Adıçəkilən fəallar bu il mordadın 2-də Təbrizdə su qıtlığına qarşı və Əhvaz ərəblərinin etirazlarına dəstək olaraq etiraz mitinqi keçirməsinə görə tutulmuşdular.

Onların bir çoxu ETTELAAT-ın infiradisində dindirildikdın sonra Təbriz zindanına köçürülüb və girov qarşılığında məhkəməyə qədər müvəqqəti azad ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button