Bu barədə Əlborz əyalətinin baş hakimi Hüseyn fazili Hirkəndi açıqlama verib.
Onn sözlərinə görə, Həmid Qarahəsənli 15 il həbs cəzasını sürgündə çəkməli olacaq.
Bununla yanaşı onun həyat yoldaşı Fərzanə Qarahəsənli barəsində də 5 il müddətində sürgündə həbs cəzası çıxarılıb.
Qeyd edək ki, 2022-ci il noyabrın 4-də 54 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və həyat yoldaşı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs edilib.
Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarım hərbi Bəsic üzvü Ruhullah Əcəmiyanın öldürülməsinə görə başqa 16 nəfərlə birlikdə saxta ittihamla həbs ediliblər.
Ağır işgəncələrə məruz qalan Həmid Qarahəsənli edam, Fərzanə Qarahəsənli isə 20 il həbs cəzasına məhkum edilib.
Sonradan onların işi Ali Məhkəmədə araşdırılıb və son olaraq Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum ediliblər.