Azərbaycanİran

Güneyli həkimlərə qarşı açılmış iş üzrə yenidən baxılma tələb olunub

602 iranlı həkim birgə bəyanat imzalayaraq Həmid və yoldaşı Fərzanə Qarahəsənli barədə açılmış işin qərəzsız yanaşma ilə məhkəmədə yenidən baxılmasını tələb ediblər.

Yanvarın 7-si İran mediasında nəşr edilmiş bəyanatda deyilir: “Biz həkim Həmid Qarahəsənli və yoldaşı Fərzanə Qarahəsənli barədə çıxarılmış ağır və ədalətsiz qərarlara etirazımızı bildirir onlara vurulmuş ittihamların əsassız olduğunu hesab edirik.

Həmçinin Respublikanın məhkəmə sisteminin yüksək vəzifəlilərindən onlar barədə işin yenidən araşdırılmasını xahiş edir və apellyasiya baxışı sona çatanadək müvəqqəti azad olunmalarını istəyirik.”

Əlavə məlumat üçün xatırladaq ki, Güneyli həkimlər Həmid və Fərzanə 2022-ci ilin sentyabr ayında başlamış “Qadın, Yaşam, Azadlıq” Hərəkatı zamanı öldürülmüş Güney Azərbaycanın qəhrəman qızı Hədis Nəcəfinin qırxı mərasimində iştiraklarından sonra mənzillərindən götürülməklə həbsə salınıblar.
220px-Hadisnajafi.jpg

Hədis Nəcəfi

Həkim Həmid Qarahəsənli “Bəsic” məmuru Ruhulla Əcəmianın öldürülməsində ittiham olunan 5 nəfərdən biri olub.

O, məhkəmədə həmin ittihamla razılaşmayaraq Ruhulla Əcəmianın Hərəkat iştirakçıları tərəfindən yaralandığı görüb “Həkim Andına” əsasən ölümdən qurtarmaq məqsədi ilə ona yanaşdığını deyib.

Məhkəmə tərəfindən Həmid barədə edam qərarı çıxarılandan bir müddət sonra 15 ilə endirilib.

Həmçinin yoldaşı xanım Fərzanəy 5 ilədək azadlıqdan məhrum edilmə qərarı çıxarılıb və hal hazırda həmin qərarlarla həbs müddələrini çəkirlər.

Qeyd edək ki, “Bəsic” İran hakimiyyətinin ölkə daxili repressiya və basqı orqanı hesab olunur.

“Bəsic” məmurları “Qadın, Yaşam, Azadlıq” Hərəkatı iştirakçılarına birbaşa atəş açaraq xeyli sayda insanın ölmələrinə səbəb olublar.

O cümlədən, Hədis Nəcəfiyə atəş açılmaqla 6 mərmi boyun və döş qəfəsi nahiyəsinə dəyərək aldığı xəsarətdən ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button