İran

Milli fəal Siyamək Seyfiyə iki il həbs cəzası verilib

Güney Azərbaycanın Xiyo şəhərində yaşayan milli, mədəni fəal Siyamək Seyfi iki il həbs cəzasına məhkum edilib. Bununla bağlı Xiyo şəhərinin İnqilab Məhkəməsi tərəfindən fəala göndərilən bildirişdə məlumat verilib. O, “ümumi nəzmi pozmaq üçün əlbir olmaq” ittihamı ilə təqsirləndirilib. Qazi Fəramərz Məhəmmədzadə Paramın hökmü əsasında hazırlanan bildirişdə fəalın “İnstagram” və “Telegram” ictimai şəbəkələrində fəaliyyəti ilə bağlı dəllillər əldə olunduğu yazılıb. Fəalın məhkəmə toplantısına qatılmaması əsas gətirilib və ona İslam Cəza Qanununun 61-ci maddəsinə uyğun olaraq 2 il həbs cəzası verilib. Öncədən saxlanıldığı günlərin həbs müddətindən azaldılacağı diqqətə çatdırılıb. Artıraq ki, Siyamək Seyfi milli fəal Aydın Zakiri ilə birlikdə 18 oktobur 2020-ci ildə Qarabağa dəstək mitinqlərində iştirak etdiyinə görə tutuqlanıb. Belə ki, Qarabağın azad edilməsi uğrunda aparılan əməliyyatlar zamanı İran hökumətinin Ermənistana dəstək verməsi Güney Azərbaycanda etirazlarla qarşılanıb. Etirazlara qatılan yüzlərlə güneyli fəal tutuqlanıb və ya işgəncələrə edilib. Həbs olunanların bir çoxunun məhkəmə prosesi bu gün də davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button