Azərbaycanİran

Güneyli işçi hərəkatı fəalının məhkəməsi olub

Tehranda yaşayan və Evin zindanının 209-cu təhlükəsizlik bölməsində saxlanılan işçi hərəkatınıın güneyli fəalı Rza Şəhabinin məhkəməsi olub.

Dörd aydır saxlanılan və avqustun 30-da həbs müddəti bir ay daha uzadılan Şəhabinin sentyabrın 6-da keçirilən məhkəmə iclasında işçi hərəkatı fəalının son müdafiəsi dinlənilib.

Fəalın dörd aydan çoxdur həbs edilməsinə baxmayaraq, məhkəmə məsulları və təhlükəsizlik orqanları onun barəsində irəli sürülən ittihamlar barədə dəqiq açıqlama verməkdən imtina edirlər.

Qeyd edək ki, Rza Şəhabi bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib və hər an həyatını itirmə təhlükəsi var.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb.

Related Articles

Bir cavab yazın

Back to top button