İran

Tehran zindanında siyasi məhbus 21 gündür aclıq aksiyası keçirir

O, şərti azadlığa buraxılmamasına etiraz edir.

2019-cu ilin noyabr etirazlarında həbs edilən və hal-hazırda Tehran zindanında saxlanılan siyasi məhbus Vəhid Baqirin şərti azadlığa buraxılmaması ilə bağlı müraciətinə mənfi cavab verildiyi üçün 21 gündür aclıq ksiyası keçirir.

5 illik məhkumluq dövrü Tehran zindanının 10-cu bölməsinə keçirən Baqirinin vəziyyətinin ağırlaşdığını, həyatının təhlükədə olduğunu bildirirlər.

Bir neçə gün bundan öncə siyasi məhbusun qardaşı Rəsul Baqiri İnsan Haqları Təşkilatlarına verdiyi məlumatda Vəhidin həyatının təhlükədə olduğunu demişdi.

“Vəhidin durumu ağırlaşıb və hərəkət edə bilmir. Onu vilçerlə zindanın tibb məntəqəsinə aparıblar, ancaq heç bir müalicə və yardım etçədən kamerasına qaytarılıb”-deyə, Rəsul Baqiri bildirib.

O, işgəncə altında qardaşına qarşı məcburi ifadələr verən bir neçə nəfərin dediklərindən sonra Vəhid Baqiriyə qarşı heç bir faktın olmamasına baxmayaraq, onun girov qarşılığında sərbəst buraxılmasına icazə verilmədiyini deyib.

Qeyd edək ki, Vəhid Baqiri 2019-cu ilin noyabr ayında yanacağın kəskin bahalaşmasına qarşı başlayan kütləvi etirazlara qatıldığına görə saxlanılıb.

Tehranın İnqilab Məhkəməsinin 28-ci bölməsi onun barəsində “hökumətə qarşı əlbir olmaq və təbliğat” ittihamı irəli sürüb və 6 il azadlıqdan məhrum edib.

Related Articles

Bir cavab yazın

Back to top button