Azərbaycan

Güneyli millət vəkili: Ərdəbil vilayətində 70 min işsiz var

İran parlamentinin Ərdəbildən seçilmiş millət vəkili bu əyalətdə hökumət tərəfindən sərmayə qoyuluşunun olmamasına və əyalətin ciddi iqtisadi geriləməsinə işarə edərək, burada 70 min insanın işsiz qaldığını deyib.

“Fars” xəbər ajansının məlumatına görə, Ərdəbil Azad İqtisadi Bölgəsinin yaradılmasının gecikdirilməsini tənqid edən Seyid Kazım Musəvi habelə bildirib: “Əyalətin bütün dörd nöqtəsinin azad iqtisadi zonaya çevrilməsi bölgə əhalisinin işsizlik probleminə yardım edəcək”.

“Hökumət bölgənin iqtisadiyyatını inkişaf etdirmək üçün Ərdəbil Azad İqtisadi Zonasının yaradılmasına qərar verməlidir”, – deyə o əlavə edib.

Ərdəbil əyalətinin şəhərətrafı və yoxsul bölgələrində 200 minə yaxın insanın yaşadığını vurğulayan Musəvi qeyd edib: “Ərdəbil əyalətində 70 min işsiz insan var və məşğulluq sahəsinə sərmayə yatıraraq gəlir gətirən strategiyalaın yaradılması əhalinin əsas tələblərindəndir”.

O, sonda 175 kilometrlik Ərdəbil-Miyana dəmir yolunun təməlinin atılmasından artıq 18 il keçməsinə baxmayaraq, layihənin tamamlanmadığını və Güney Azərbaycan əhalisinin hökumətin bu davranışından narazı olduğunu söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button