Azərbaycanİran

Güneyli tələbə Armita Paver vəkil olmadan onlayn mühakimə olunub

Armita Paver Momqan şəhərində hakim Qulamrza Kərbəlayi qarşısında vəkil təyin edilmədən onlayn mühakimə olunub.

Məhkəmə onun Təbriz Mülki Universitetində tələbə fəaliyyəti ilə bağlı keçirilib. Məlumatlara görə, hakim müvəqqəti azadlığa çıxmaq üçün girov məbləğini 250 milyon tüməndən (~5000 dollar) 500 milyon tümənə (~10.000 dollar) yüksəldib.

Bundan əvvəl Təbriz həbsxanasında saxlanılan Molekulyar hüceyrə biologiyası fakültəsinin universitet tələbəsi və fəal Armita Paver barəsində səslənilən əsassız ittihamlara və yalançı ifadə verməyə məcbur edilməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdır.

Armita Paver 2022-ci il oktyabrın 31-də universitetin girişi qarşısında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və dekabr ayında Təbrizin mərkəzi zindanından 250 milyon tümənlik girov müqabilində azadlığa buraxılmışdı.

Bundan başqa, daha əvvəl tələbə Ukrayna təyyarəsinin məhv edilməsinə etiraz etdiyinə görə 1 il təhsildən məhrum edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button