![](https://www.aznews.tv/wp-content/uploads/2023/01/neyli-xan-m-f-al-qeyri-m-yy-n-durumda-saxlan-l-r-0-1673924925-780x470.jpg)
Təbrizdən olan fəal Leyli Purbabanın ailəsinin onun durumu ilə bağlı məlumat ala bilməmələri fəalın sağlıq durumu ilə bağlı nigəranlıqları artırıb.
3 il həbs və 44 şallaq cəzasına məhkum edilən Purbabanın yaxınlarının bildirdiyinə görə, onun 76 gündür həbsxanada saxlanılmasına baxmayaraq, ailəsi ilə görüşünə icazə verilmir.
Leyli Purbaba noyabrın 2-də polis bölməsinə çağrıldıqdan sonra həbs edilərək barəsində cinayət işi açılıb və həbsxanaya köçürülüb.