Azərbaycanİran

Güneyli xanım fəal qeyri-müəyyən durumda saxlanılır

Təbrizli fəal Leyli Purbaba həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır. Ailəsinin onunla bağlı müraciətlərinə cavab verilmir.

Təbrizdən olan fəal Leyli Purbabanın ailəsinin onun durumu ilə bağlı məlumat ala bilməmələri fəalın sağlıq durumu ilə bağlı nigəranlıqları artırıb.

3 il həbs və 44 şallaq cəzasına məhkum edilən Purbabanın yaxınlarının bildirdiyinə görə, onun 76 gündür həbsxanada saxlanılmasına baxmayaraq, ailəsi ilə görüşünə icazə verilmir.

Leyli Purbaba noyabrın 2-də polis bölməsinə çağrıldıqdan sonra həbs edilərək barəsində cinayət işi açılıb və həbsxanaya köçürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button