Dünya

GÜRCÜSTAN RUSİYAYA QARŞI ÇIXIB

Gürcüstanın Xarici İşlər Vəzirliyi, Rusiya mütəxəssislərinin yalnız Birləşmiş Millətlər Təşkilatının konvansiyonu mekanismləri çərçivəsində biolojik labratuarlarına baş çəkə biləcəyini bildirib.
“News Georgia” saytının verdiyi məlumata görə, Rusiya öz mütəxəssislərinin Mosko ilə Tiflis arasında əldə olunan ikitərəfli razılaşma çərçivəsində və başqa ölkələrin mütəxəssisləri olmadan ayrıca “Luqar” biolojik labratuarına baş çəkməsini istəyib.
Rusiyanın Xarici İşlər Vəzirliyi, rusiyalı mütəxəssislərin Tiflisin “Luqar” biolojik labratuarına baxış keçirməsinin qarşılıqlı məqbul şəraitdə hələlik baş tutmadığını bildirərək artırıb: “Bu labratuarın fəaliyyəti, Amerikanın “Biolojik silah” konvansyonuna əməl edib-etməməsi baxımından ciddi suallar doğurur”.
Rusiyada hesab edirlər ki, 2013-cü ildə Amerika və Gürcüstanın Difa Vəzirlikləri arasında əldə olunan razılaşmaya əsasən Tiflis yaxınlığında yaradılan “Luqar” biolojik labratuarında həşəratın xətərli biolojik mərizliklər daşıyıcısı və patogenlər kimi istifadəsi ilə bağlı araşdırma aparılır.
Gürcüstan Xarici İşlər Vəzirliyi, Rusiya tərəfindən irəli sürülən iddiaları rədd edərək, Luqar mərkəzinin bütün təchizatı ilə tamamən dövlətə aid olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button