Dünya

Ameri̇ka və Çi̇n rəsmi̇ləri̇ arasında telefon danışığı olub

Amerika Sin Kyanq, Tibet, Honkonqda insan haqları və demokratik dəyərlərin qorunması ilə bağlı qərarlıdır. Bu fikirləri Amerikanın xarici işlər vəziri Antoni Blinken Çin diplomatı Yanq Ciçi ilə telefon danışığında səsləndirib. Blinken Myanmardakı nizami kudetanı qınamaq üçün Çinə basqı edib. O, Çinin Hindistan, Aram Oqyanus və Tayvan boğazının sabitliyini təhdid etmə çabalarından söz açıb. Bu ölkənin baş verənlərlə bağlı məsuliyyət daşıması üçün Vaşinqtonun öz müttəfiqləri ilə əməkdaşlıq edəcəyi vurğulanıb.

Çinin Xarici İşlər Vəzirliyi isə Amerikanı son səhvlərini düzəltməyə çağırıb. Hər iki tərəfin bir-birinin siyasi sistemlərinə və gəlişmə yollarına ehtiram etməli olduğunu bildirib. Qeyd edək ki, Amerika-Çin münasibətləri Tramp dönəmində gərginləşib. Çin məqamları Bayden dövründə də ilişkilərin yaxşılaşacağı ilə bağlı ümidli olmadıqlarını deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button