Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Həbs olunan fəallarla bağlı son vəziyyət

Qarabağa dəstək aksiyaları ilə bağlı Ərdəbildə tutuqlanan milli fəalların ailələri fəalların durumu ilə bağlı narahatdırlar. Onlar mehrin 20-si Ərdəbilin Beheşti Dadsərasına baş vurduqda məsullardan “bizim xəbərimiz yoxdur” cavabını alıblar. Bununla bağlı 10-cu bazporsi şöbə dəftərinin rəisi Babək Nonəhal fəalların ailələrinə “tutuqlananlarla çox işimiz var” deyə cavab verib. Xatırladaq ki, Nonəhal bir neçə gün öncə ailələrə “pərvəndə hələ bizə gəlməyib” deyə cavab verib.
Fəalların tutuqlanmasından 20 gün keçməsinə baxmayaraq, hələ də onların harada və ya hansı ittihamla saxlandığı bəlli edilməyib. Bildirək ki, bu fəallar tutuqlandığı gündən indiyədək ailələri ilə heç bir ilgi qura bilməyiblər. Fəallar Qarabağa dəstək amacı ilə dinc olaraq bir araya toplaşıb plakat açıblar. Bununla da İranın əmniyyəti qüvvələri 30 nəfərdən çox fəalı tutuqlayıblar. Fəallarından 10 nəfərinin kimliyi açıqlanmayıb.
Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı Azərbaycanın müxtəlif şəhərlərində geniş tutuqlamalarla bağlı narahatlığını bildirərək, fəalların qeyd-şərtsiz azad edilməsini istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button