
Vahidin ailəsi məhkəmə və təhlükəsizlik orqanlarının təqibinə baxmayaraq, aidiyyəti qurumlar hələ də bu yeniyetmənin taleyi və harada olması ilə bağlı dəqiq cavab verməkdən imtina edirlər. Vəziyyətinin qeyri-müəyyən olması ailəsinin, yaxınlarının narahatlığını artırıb.
Həbs edildikdən sonra ailəsi ilə yalnız bir dəfə telefonla danışan Vahid Əsgəri martın 6-da Təbrizin Səhənd şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Məmurlar bu yeniyetməni həbs etdikdən sonra onun ailəsinin evində axtarış aparıb və bəzi şəxsi əşyalarını müsadirə ediblər.