Azərbaycanİran

Təbriz bazarında yerləşən restoran və kafelərin fəaliyyət lisenziyası ləğv olunub

Son bir neçə gün ərzində Təbrizin tarixi bazarında fəaliyyət göstərən bəzi kafe və restoranlara möhür vurulub və lisenziyaları ləğv edilib. Bu məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Təbrizin tarixi bazarı daxilində fəaliyyət göstərən kafe və restoranların müştəriləri, əsasən, turistlərdir və bu gün həmin yerlərin lisenziyasının ləğv edilməsi obyektlərə və turizm sektoruna böyük zərbədir.

Bu arada İsfahan, Şiraz və Kaşan kimi şəhərlərin tarixi ərazilərindəki kafe və restoranların fəaliyyəti Novruz və Ramazan bayramları ərəfəsində normal şəkildə davam edir.

#GuneyAzerbaycan

Related Articles

Bir cavab yazın

Back to top button