Azərbaycanİran

Həbsdə olan güneyli fəal barədə məlumat verilmir

İyunun 10-u axşam saatlarında Tehranda yaşayan tanınmış ictimai fəal və insan haqları müdafiəçisi Yaşar Təbrizi özünün şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Onun həbsinin üstündən 5 gün keçməsinə baxmayaraq, təhlükəsizlik idarəsi, polis və məhkəmə orqanları fəalın harada saxlanıldığı, sağlıq durumu və nədə ittiham edildiyi barədə ailəsinə məlumat vermirlər.

Yaşarın yaxınları barəsində məlumat verilmədiyinə görə, onun sağlıq durumundan nigəran olduqlarını bildiriblər.

Qeyd edək ki, Yaşar Təbrizi bundan öncədə dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və uzun müddət məhkumluq dövrü yaşayıb.

O, xüsusilə SEPAH tərəfindən vurulan Ukrayna təyyarəsinin qurbanları ilə bağlı apardığı fəaliyyətlərə və bu barədə məlumatları ictimailəşdirdiyinə görə təzyiqlərə məruz qalıb.

Yaşar Təbrizi yanvar ayının 8-də Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İctimai fəal və hüquq müdafiəçisi dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button