İran

Həbsdə olan güneyli xanım fəalın sağlamlıq durumu pisləşib

Tehranın “Evin” həbsxanasında saxlanılan Güney azərbaycanlı müəllimə və fəal Zeynəb Həmrəngin səhhəti ağırlaşıb. Onun zindandan “Taliqani” xəstəxanasına köçürüldüyü bildirilir.

Tehranın “Evin” həbsxanasında saxlanılan Güney azərbaycanlı müəllimə və fəal Zeynəb Həmrəngin səhhəti ağırlaşıb. Onun zindandan “Taliqani” xəstəxanasına köçürüldüyü bildirilir.

“Aznews tv”  xəbər verir ki, bu barədə fəalın yaxınları məlumat yayıb. Məlumata görə, ddaha öncğ də səhhətində ciddi problemlər yaranan Zeynəb Həmrəng dekabrın 15-də qan təzyiqinin qalxması səbəbindən xəstəxanaya aparılıb. 50 yaşlı Zeynəb Həmrəng Ərdəbil vilayətinin Muğan bölgəsindəndir. O, həbs olunana qədər Tehran şəhərində yaşayıb.

Müəllimlərin həmkarlar ittifaqının (sendikat) fəal üzvlərdən olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün həbs olunub.

O, 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinə səfəri zamanı İranın təhlükəsizlik orqanının əməkdaşları tərəfindən saxlanılıb. Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiyaya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hakimiyyətə qarşı təbliğat” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum edilib.

O, müxtəlif xəstəliklərdən, o cümlədən yüksək qan təzyiqi, böyrək çatışmazlığından əziyyət çəkir.

Related Articles

Bir cavab yazın

Back to top button