Azərbaycanİran

Həmədanda etiraz aksiyası keçirilib

Sentyabrın 17-i günortadan sonra Həmədan şəhərinin Buəli bölgəsində qruplar halında toplaşan gənclər hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.

Bu barədə yerli mənbələr məlumat və video yayıblar.

Hökumət məmurları daha çox “ölümolsun islam respublikasına” şüarları səsləndirən gənclərə hücum edib, etirazçıları dağıtmaq üçün atəş açılıb.

Videolarda atəş səsləri eşidilsədə, havaya atəş açıldığı vəya gənclərin hədəf alındığı bilinmir.

Bir sıra mənbələr gənclərlə xüsusi təyinatlı qüvvələr arasında qarşıdurma olduğunu və etirazçılara bir başa atəş açıldığını bildirirlər.

Qeyd edək ki, Həmədanla yanaşı başqa bir neçə şəhərdə də aksiyalar keçirilib.

Hökumət qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, hava atəş açıblar.

Related Articles

Bir cavab yazın

Back to top button