İran

AZƏRBAYCANA YARAŞAN HƏSƏN AZƏRBAYCAN!

Bu gün ürəyi həmişə milləti üçün çırpınan bir mübarizin 2-ci il dönümüdür. Bu gün onun dünyadan köçdüyü gün yox, bəlkə də ölümsüzlük günüdür. Bəli, ölümsüzlük günü… Onun şeirləri, musiqi yaradıcılığı və yetirmələri musiqimizə verdiyi töhfələr, ən əsası onun təfəkkürü yaşayır…
Ustadımız ölməyibdir! Çünki Aərbaycan yaşayır! Xalqı ona “Azərbaycan” adına layiq görüb. Bu adın ona verilməsi heç də yersiz deyildi. Ona görə ki, ömrünü milli hərəkətə fəda etdi. O həm pəhləvi zamanı, həm islam cumhuriyyəti zamanı Tehranın deyil, millətinin kənarında oldu. Buna görə də İranın əmniyyəti qüvvələri tərəfindən tutuqlanmışdı.
İran İslam İnqilabı zamanı Həsən Dəmirçi heç bir siyasi cərəyana qoşulmayıb. İnqilabı da dəstəkləməyib. Fəaliyyətsiz də qalmayıb. Ana dilində şeirlər yazıb, milli ruhlu şeirlərə musiqi bəstələyərək onları məclislərdə oxuyub.
Musiqi qadağan olunmuş bir ölkədə qeyri-rəsmi kurslar açıb uşaqlara musiqi alətlərində çalmağı öyrətməsi də, şeir yazması da, bəstəçiliyi də milli ruhun oyadılmasına yönəldilmişdi. “Səhəndiyyə” operası da ona məxsusdur.
O, Təbrizin küçələrinə ana dili ilə bağlı şüarlar yazdığına görə 1360-cı ildə həbs edilib. Milli hərəkətin keçirdiyi bütün etirazlarda, qurultaylarda və mərasimləridə aktiv iştirak edib.
Həsən Azərbaycan Təbrizdəki ali Nəsəb mərizxanasında 2018-ci il tirin 4-də gözlərini əbədi yumub… Bir gün sonra minlərlə insan onu “Azərbaycan sənsən mənim ülviyyətim, şan şöhrətim” və “Azərbaycan, sənin başın sağ olsun! Böyük ustad, sənin üzün ağ olsun!” şüarları ilə Təbrizdəki hünərməndlər qəbiristanlığında dəfn edilib.
Sazım eşqimdir, xalqım sevgilim, ruhum Azərbaycan!
Kəsilsəm, qurban arzumdur bu düz ilqarə eşq olsun!
Dəmirçi, eşqə düzgün qalmayan alçaqdan alçaqdır,

Related Articles

Bir cavab yazın

Back to top button