Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Həmədanda yüzlərlə insan zəhərlənib

Tibb Elmləri Universiteti onların qida və şərbətdən zəhərləndiyini deyir.

Həmədan Tibb Elmləri Universitetinin verdiyi məlumata görə, əyalətin Əsədabad şəhərinin “Çinar Olya” kəndində 260 nəfər məhərrəmlik münasibəti ilə paylanan qida və şərbət zəhərlənib, bir nəfər isə ölüb.

Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Mehdi Məczubi hazırda 55 nəfərin xəstəxanada müalicə olunduğunu, onlardan bir neçəsinin durumunun ağır olduğu üçün reanimasiya bölmələrində yerləşdirildiklərini deyib.

Əsədabad şəhərinin başçısı Hüseynəli Şürəkayi faktı təsdiqləyib və hadisə səbəbkarlarına qarşı cinayət işinin açıldığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button