İran

Qərbi Azərbaycanda dərs auditoriyalarının təmirə ehtiyacı var

Qərbi Azərbaycanda 5 min 500 mədrəsə və 24 mindən çox dərs kilası mövcuddur. Bunlardan 4 min 550 dərs kilasının təmirə ehtiyacı var. Bu barədə Qərbi Azərbaycan Ustandarisinin Umrani işləri üzrə müavini Aydın Rəhmani açıqlama verib. Onun sözlərinə görə, ustanın 5 min yeni dərs kilasına ehtiyacı var. Hazırda ustanın fərqli yerlərində 2 min 405 dərs kilası tikilir. Buranın budcəsinin yüzdə 17-si bu kimi təhsil işlərinə ayrılıb. “Qərbi Azərbaycan ustanında ortalama öyrətim fəzası 4.5 metr mürəbbədir. Ölkə miqyasında ortalama öyrətim fəza hər öyrənci üçün 5.18 metr mürəbbə nəzərdə tutulub. Ehtiyacı qarşılamaq üçün mədrəsə inşa edən xeyriyyəçilərə müraciət edəcəyik. Bu ustanda kəndlərin yüzdə 82-nin yolu var. Şəhərlər arası yollar ölkə üzrə 11-ci sıradadır””,-deyə Rəhmani qeyd edib. Azərbaycanda, xüsusilə də Qərbi Azərbaycanda uzun illərdən bəri yoxsulluq hökm sürür. Azərbaycanın bu bölgəsi yeraltı və yerüstü sərvətlərinə baxmayaraq, ölkənin ən geriyə qalmış yerlərindən sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button