Dünyaİran

Halk Bank təhrimləri pozmaqda İrana yardım etmək ittihamı ilə mühakimə oluna bilər

Nyu-Yorkun Təcdidenəzər Məhkəməsi Türkiyənin Halk Bankının İrana Amerikanın qoyduğu təhrimlərdən yayınmasına yardım etməsi ilə bağlı ittihamın rədd edilməsi müraciətini qəbul etməyib və sözügedən bankın mühakimə oluna biləcəyini bildirib.

Amerika dadsitanlığının bildirdiyinə görə, Halk Bank İranın nəft və qazdan əldə etdiyi gəlirləri ilk öncə qızıla daha sonra nəğd pula çevirib, sonra isə saxta sənədlər əsasında pulları formal şirkətlər şəbəkəsi üzərindən İrana göndərib.

Məhkəmədən bildirilib ki, Amerikanın məhkəmə sistemində “Xarici Dövlətlərin Toxunulmazlığı Qanunu”nun önəmli yer tutmasına baxmayaraq, Halk Banka qarşı irəli sürülən ittihamlar sözügedən qanuna şamil edilmir.

Halk Bank isə bununla bağlı bəyanat yayaraq, Amerikanın Təcdidenəzər Məhkəməsinin qərarına etiraz olaraq bütün qanuni hüquqlarından yararlanacağını vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button