CəmiyyətİranSiyasət

Hamnei: Nüvə silahı İran üçün haramdır

İran nüvə silahı yaratmaq iqtidarında olduğu halda biz qəti olaraq bu yoldan qaçmışıq, çünki nüvə silahının yaradılması, saxlanması və istifadəsi haramdır.

Aznews.tv xəbər verir ki, bunu bu gün İranın akademik dairələri ilə görüşdə Seyid Əli Hamnei deyib.

“Nüvə ülmi faydalıdır, lakin insan sevgisinə bağlı olmadığı üçün böyük fəlakətlərə gətirib çıxarıb. Elm dürüst ziyalı yanaşma ilə uyuşmursa, təhlükəyə çevrilir. Buna görə biz hesab edirik ki, akademik dairələr ciddi şəkildə dinlə məşğul olmalıdırlar”, – deyə o, qeyd edib.

Onun spzlərinə görə, İran elmi tərəqqinin tərəfdarıdır.

“Lakin istəməzdik ki, univürsitütlərimiz ABŞ-ın bəzi universitetlərinin proqramını həyata keçirsin”, – deyə Hamnei əlavə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button