İran

Hegmətanə təpəliyi UNESCO-nun mədəni irs siyahısına daxil ola bilər

Hegmətanə Təpəliyinin dünya üzrə abidələr sırasında UNESCO-da səbt olunması üçün pərvəndənin göndərilməsi işləri tezləşdirilib. Bu barədə Həmədan Ustanı Fərhəngi Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əli Malmir məlumat verib. Məsələ ustanın məclis nümayəndələrinin iştirakı ilə təşkil olunmuş cələsədə müzakirə olunub. Əli Malmirin sözlərinə görə, toplantıda ustanın fərhəngi miras, turizm və əl sənayesi barədə məsələlər də işıqlandırılıb.
Cələsədə bu ilin sonunadək pərvəndənin tamamlanıb səbt olunması üçün UNESCO-ya göndərilməsi qərara alınıb.
Əli Malmir əlavə edib ki, “Həmədanın ustandarı ölkə üzrə Bərnamə və Büdcə Sazimanın rəisi doktor Nobəxt ilə muzə binasının bitirilməsi üçün lazım olan etibarların ayrılması məsələsini danışıb.

Related Articles

Bir cavab yazın

Back to top button