Dünya

G7 ÖLKƏLƏRİ ÇİNƏ İXTAR VERDİ

Yeddi Qrup, Çinin Hong Kongda güvənlik qanununu tətbiq etmək qərarından narahatlığını bildirib.
G7 ölkələri bu tərhin Hong Kongun muxtariyyətini zəiflədəcəyini hesab edir. Dövlətlər Pekəni qərarına yenidən baxmağa çağırıb.
Amerika, Kanada, Fransa, Alman, İtaliya, Japon və Böyük Britaniyanın xarici işlər vəzirləri və Avropa Birliyinin yüksək nümayəndəsi, Çinin qərarının Hong Kong qanununa zidd olduğunu açıqlayıb. Onlar bu qanunun “bir ölkə, iki sistem” prinsipinin pozduğunu vurğulayıb.
Bildiridə qeyd olunub ki, Çinin qərarı Hong Kongun gəlişməsinə səbəb olan sistemi təhlükə altına alacaq.
Xatırladaq ki, ilk dəfə idi ki, İngiltərə Hong Konqa görə Yeddi Qrupun bütün üzvlərini bir araya gətirib, Çinə ixtar verirdi. Bundan öncə Japon, Çinlə əlaqələri olduğu üçün Hong Kongla bağlı ortaq bir bildiriyə imza atmamışdı.
Çinin nufuzu altında olan Hon Kongda vəziyyət getdikcə çətinləşir, şəhərdə xalqın etirazları artıb.
Qeyd edək ki, Hong Kong 150 il olaraq 1997-ci ilə qədər İngilistanın nəzarəti altında olub. Çin və İngilisin cumhur başqanlarının arasında 1984-cü ildə imzalanan “Bir ölkə, iki sistem” müqaviləsinə əsasən Çin Hong Kongun muxtariyyətini rəsmiyyətə tanımalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button