İran

İranın ət bazarında görünməmiş tənəzzül: Qiymətlər insanların alıcılıq qabiliyyətinə uyğun deyil

İranın Heyvandarlıq Təminatı Şurasının sədri ölkənin ət bazarında indiyə kimi görünməmiş tənəzülün müşahidə edildiyini deyib.

İranın Heyvandarlıq Təminatı Şurasının sədri ölkənin ət bazarında indiyə kimi görünməmiş tənəzülün müşahidə edildiyini deyib.

“Aznews tv” xəbər verir ki, Mənsur Purianın dediyinə görə, ilin sonlarına doğru həmişə İranda ətə təlabat artdığı halda, insanlar arasında alıcılıq qabiliyyəti azaldığı üçün ətə təlabat da kəskin şəkildə azalıb.

O, İranda ət satışında tənəzzülün yaranmasının səbəbləri barədə habelə bildirib: “Ya güclü istehlakçımız yoxdur, ya da qiymətlər onların alıcılıq qabiliyyətinə uyğun gəlmir”.

Xatırladaq ki, son vaxtlarda İranda mal və qoyun ətinin qiyməti kəskin artıb və insanların alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi ilə bu sahədə görünməmiş tənəzzül özünü büruzə verib.

Related Articles

Bir cavab yazın

Back to top button