Dünya

Hindistanda torpaq sürüşməsi baş verib, azı 5 nəfər ölüb

Hindistanda baş vermiş təbii fəlakət ciddi fəsadlar törədib, onlarla insan yaralanıb.

Hindistanın Maharaştra ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 5 nəfər ölüb, 30-dan çox sakin dağıntılar altında qalıb.

TASS xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.

Dağıntılar altından 75 nəfərin xilas edildiyi bildirilir.

Xilasetmə əməliyyatına Mumbaydan, eləcə də ştatın digər şəhərlərindən əlavə qüvvələr cəlb edilib. (report)

Related Articles

Bir cavab yazın

Back to top button