Dünya

Hulusi Akar: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir”

Türkiyənin difa vəziri Hulusi Akar növbəti dəfə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizəyə dəstək verib və işğalçı Ermənistana, onu himayə edənlərə sərt mesaj göndərib. Vəzir bildirib: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir, vəssalam! 30 ildə nə etdilər? Böyük bir heç. Nə zaman ki, azərbaycanlı qardaşlarımız Ermənistanın hücumlarının artmasının ardınca öz torpaqlarını geri almaq üçün fəaliyyətə keçdilər, 30 ildən bəri susanlar barışdan, atəşkəsdən, danışıqlardan, müzakirələrdən bəhs etməyə başladılar. Bu, heç səmimi deyil, heç kimi qane edə bilməz. Bu işin çox sadə yolu var. Ermənistan işğal etdiyi əraziləri tərk edəcək, satın nizamilər oradan çıxaracaq, terrorçuları bölgədən geri göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə. Biz Azərbaycanın haqlı mübarizəsini sonuna qədər dəstəklədiyimizi ən yüksək səviyyədə, prezidentmizdən başlamış hər səviyyədə söylədik. Türkiyə Cümhuriyyəti dövləti və Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu ifadə etdik, bundan sonra da ifadə edəcəyik”.

Related Articles

Bir cavab yazın

Back to top button