Dünya

İndoneziyada iki ada okean sularının altında qaldı

İndoneziyanın Cənubi Sumatra əyalətinin tərkibində olan iki ada qlobal istiləşmə nəticəsində okean sularının altında qalıb.

Xəbəri “The Straits Times” dərgisi “Ətraf mühit üzrə forum” təşkilatının hesabatına əsasən yayımlayıb.

Təşkilat Betet və Qundul adlanan adaların 1-3 metr dəniz səviyyəsindən aşağıda olduğunu bildirir.

Qeyri-hökumət təşkilatları xəbərdarlıq edib ki, təcili tədbirlər görülməsə, daha dörd ada dəniz sularının altında qalacaq.

Qeyd edək ki, İndoneziya tərkibinə 18 min adanın daxil olduğu dünyanın ən böyük arxipelaqıdır.

Related Articles

Bir cavab yazın

Back to top button