Araşdırma & Təhlilİran

Huququn olmadığı yerdə Şəriət qanunları bir canı aldı

Neçə gün bundan öncə Az News TV-yə bir cinayətlə bağlı bilgilər gəldi. Olay iki insan arasında yox, bəlkə bir insanla hakimiyyət arasında baş verib. Əhər həbsxanasında Ha:di Ətazadə adında bir gənc məhkəmə qərarına görə vurulan şallaq cəzasından sonra həyatını itirdi. Ha:di Ətazadənin məhkəmə pərvəndəsiylə bağlı detaylar paylaşılmasa da olayın əlkollu içki ilə bağlı olduğu bilinir. Ha:di Ətazadə-nin qardaşı Qa:sim Ətazadə qardaşının ölümüylə ilgili medyalara danışıb. Qa:sim-in açıqlamasına görə qardaşının zindandan öncə ehçbir sağlıq müşkülü olmayıb və başına nə gəldibsə həbsxanada olub. Ətazadə ayiləsinin dediyinə görə Ha:di Ətazadə içki ilə bağlı 1 il yarım həbsə məhkum olub. Həbs cəzasından başqa bir də şallaq cəzasına məhkum olan Ətazadənin hökmü Əhər zindanında həyata keçirilibdir. Ha:di Ətazadənin şallaq zərbələrinin əsərində sağlıq durumu pisləşib. Ancaq Əhər Həbsxanasının məsulları Ha:di ilə zindandakı başqa məhbusların istəyinə və etirazına baxmayaraq onun sağlıq durumuna diqqətə yetirməyiblər. Ətazadə ayiləsinin dediyinə görə Ha:di Ətazadə şallaq hökmündən sonra ciddi dərəcədə özünü pis his edibdir. Ancaq Əhər zindanının məqamlarına deməsinə baxmayaraq zindan doktorunun onun vəziyyətinə baxmağa belə izin verməyiblər. Olaydan 2 gün sonra Ha:di Ətazadə-ni öncə Əhər mərizxanası sonra oradan da Təbrizə göndəriblər. Ancaq Ha:di Ətazadə çoxdan həyatını itirmişdi. Əhər məhkəməsinin başqanı və dadsitanı Ətazadənin ölüm səbəbini qarın ağrısı bildiribdi. Bu bir haldadır ki, ondan qabaq da Əhər Həbsxanasının məqamları ayiləyə ölüm səbəbini Korona olaraq demişdilər. Gəncin daha öncə heç bir sağlıq sorunu olmadığı halda düz şallaq cəzasından sonra anidən belə ölməsi əlbəttə ki hakimiyyət məqamlarının dediklərinin yalan olduğunu sübut edir.
Əhər məhkəməsi ilə həbsxanasının ardıcıl yalan demələri durumun daha da şübhəli olmasına səbəb olubdur. Burada kəsin görünən odur ki, ciddi bir ehmalkarlıq olub. Belə ki, birinci Ha:di Ətazadə-nin daha öncə heç bir sağlıq sorunu olmadan anidən ölməsinin əsas suçlusu hakimiyyət olaraq görünür. İkincisi Ətazadənin sağlıq durumu pisləşdikdən sonra dəfələrlə deməsinə baxmayaraq kimsə məsələyə ciddi yanaşmayıbdır.
Başqa bir önəmli məsələ də bu aşamada məhkəmə məqamlarının ayiləyə basqılarıdır. Ayilə durumla bağlı şikayət etdiyini açıqlayıbdır. Ancaq anlaşılan məhkəmə məqamları şikayətlərindən vaz geçmək üçün ayiləyə basqı gəlirlər. Habelə alınan bilgilərə görə hakimiyyət olayın eşiyə çıxmaması üçün ayilə üzvlərinin medialarla danışmamalarını istəyibdir.
İran həbsxanalarının son dərəcə insanlıq şərtlərindən uzaq bir işkəncə yeri olduğu bilinən acı bir gərçəkdir. Keçən həftələrdə Tehranın Evin həbsxanasından eşiyə çıxan görüntülər də həbsxanalarda insan haqları durumunun nə qədər pis olduğunu göstərdir. Ancaq burada bir gəncin günümüzdə nə üçün əlkolla bağlı həbsə düşməsi və ondan bətər şallaq cəzası alması sorulması gərəkən önəmli bir sorudur. Bugün huquq sistemi İnsan Haqları əsasında düzənlənirkən İranda israrla İslami Şəriət qanunları əsas alınır. Şallaq kimi işkəncə olayları rəsmiyyətə tanınır və onun belə uyğulamasında iddia edilən heç bir istandard diqqətə alınmır.
Ha:di Ətazadə İran İslam Cumhuriyyətinin ideolojik radikal baxışı nəticəsində həyatını itirən bəlkə də minlərcə gəncdən təkcə birisidir. Təcrübə göstərib ki, hakimiyyətin etdikləri qarşısında nə qədər səssiz qalınırsa o qədər basqılar daha çox artacaq və millət xoş gün görməyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button