İran

“Biz region ölkələrinin sərhədlərində dəyişikliklərə dözməyəcəyik”-İranlı general

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri Azərbaycana və Ermənistana problemlərini dialoq yolu ilə həll etməyi məsləhət görürüb.

Sentyabrın 22-də İran silahlı qüvvələrinin xüsusi paradı zamanı general “biz sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik” deyə bildirib.

“Biz Fars körfəzi ölkələrindən sionist rejimin fitnə-fəsadlarına qarşı diqqətli olmasını gözləyirik.

Bizə qarşı təhlükə hiss etsək, sionist rejimin ünsürləri və onların havadarlarını cəzalandıracağıq”,-deyə general M.Baqeri körfəz ətrafı qonşulara da xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button