İran

İran “hi̇zbullah” yaraqlılarının raketlərlə təchi̇z edi̇b

İran Suriyanın Deyr əz-Zor ustanının qərbindəki İraqın “Hizbullah” qrupunun döyüşçülərini yerdən-yerə raketləri ilə təchiz edib. Bu barədə janviyənin 29-da Suriya İnsan Haqları Rəsədxanası bilgi verib. Məlumata əsasən, 56 ədəd yerdən-yerə raketlərinin olduğu yük maşınları qanunsuz olaraq İraq mərzindən keçib və Suriyaya aparılıb. Rəsədxana öz qaynaqlarına istinadən İran məhsulu olan raketlərin qısa və orta hədəfli olduğunu diqqətə çatdırıb. Raketlərin Əl-Nəbi qəsəbəsi ətrafında yerləşən “Hizbullah” qüvvələrinə təhvil verildiyi bəlli olub. Xatırladaq ki, janviyənin 11-də Suriya İnsan Haqları Rəsədxanası Sipahın “Fatimiyyun” hənginin yaraqlılarına silah və raketlər göndərildiyini açıqlayıb. Belə ki, sözügedən nizami sursatlar meyvə-tərəvəz daşınması üçün nəzərdə tutulan dörd xüsusi yük maşınının içərisində yerləşdirilib. Bu raketlər İraq üzərindən Suriyaya aparılıb. Sursatlar Deyr əz-Zor ustanının şərqində Əl-Məyadin və Məhəkan qəsəbələri arasında yerləşən Ku İbn Əsvəd bölgəsindəki ticarət anbarlarına boşaldılıb.

Related Articles

Bir cavab yazın

Back to top button