İran

İranda 1 ayda zəngi̇nləşdi̇ri̇lmi̇ş urani̇umun həcmi̇ açıqlanıb

İranda bir ayda yüzdə 20 zənginləşdirilmiş uraniumun həcmi açıqlanıb. İranın Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib ki, bir ayda ölkədə 25 kiloqram uranium zənginləşdirilib. Təşkilat rəsmisinin sözlərinə görə, qanunvericiliyə əsasən, il ərzində 120 kiloqram həcmində uraniumun zənginləşdirilməsi nəzərdə tutulub. Aylıq 25 kiloqram uraniumun zənginləşdirilməsi isə ildə daha çox miqdarda uraniumun ürətiminə imkan yarada bilər. Əli Əkbər Salehi Tehran hakimiyyətinin son qərarlarına da münasibət bildirib. O, İlhaqi Protokolun icrasının dayandırılmasına toxunaraq, bu qərarın qanunvericiliyə əsasən verildiyini deyib. Habelə İranın uraniumu yüzdə 60 zənginləşdirmək imkanına sahib olduğu diqqətə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button