Araşdırma & Təhlilİran

İranda i̇şçi̇ləri̇n hüquq və azadlıqlarına münasi̇bət

Bu gün 1 May Dünya İşçi Günüdür. Bir çox ölkədə bu tarixdə bayram keçirilir, rəsmi tətil elan edilir. İranda rəsmi tətil elan olunmasa da, 1 may və ya ordibeheştin 11-i işçilər günü kimi qeyd edilir. Bir sıra məqamlarda olduğu kimi, bu gün də İranda olanlarla dünyada baş vermiş hadisələr arasında müəyyən fərqlər mövcuddur. Belə ki, 1 may dünyanın bir çox ölkəsində işçi haqlarının tərh olunduğu və işçilərin etirazları ilə birlikdə gündəmə gətirilən tarixdir. Hətta sərmayədar ölkələrdə belə sol düşüncəsinə mənsub örgüt və partilər bu gündə geniş etiraz mitinqləri düzənləyib haqlarını tələb edirlər. Bu il koronavirus böhranı ilə ilgili olaraq xiyavanlar boş qalsa da, ancaq 1 may hər zaman işçilərin etiraz səsinin yüksəldiyi tarix olaraq yaddaşlara həkk olunub. Sosioloq və tarixçilər belə hesab edirlər ki, İranda tam mənası ilə heç bir zaman işçi sinif oluşmayıb. Bu və ya bir çox ayrı səbəbdən ölkədə işçi haqları və onu tələb etmək kültürü də düzgün formalaşmayıb. Ümumiyyətlə, bir çox insan haqlarının ayaqlar altına alındığı İranda işçi haqlarının da yox sayıldığına çox da şaşırmamaq gərəkdir. Ancaq hazırda bu ölkədə baş verən fəlakət sadəcə işçi haqlarının yox sayıldığı deyil, bəlkə də insanlığın faciəsidir.

Qeyd edək ki, Azərbaycan mədəni, demokratik baxışı ilə işçi haqları qonusunda da tarix boyu öz sözünü deməyi başarıb. Tarixi keçmişə nəzər saldıqda görülən odur ki, sosialist Rusiyanın Azərbaycana təsirlərindən biri də işçi haqları qonusunda müəyyən bir kültürün oluşmasıdır. Azərbaycanda işçi haqları və sendika kültürünün İranın ayrı-ayrı yerlərindən qat-qat güclü olduğu da tarixi bir həqiqətdir. Ötən 150 ilə baxılınca Güney Azərbaycanda baş verən bir çox siyasi hərəkatda sol düşüncə və işçi haqları həssasiyyətini də aydın görmək mümkündür. 21 Azər hərəkatı və Azərbaycan Demokrat Firqəsinin fəaliyyəti dövründə də bu işartıları sezmək mümkündür. Azərbaycan Milli Hökumətinin işçi haqları qonusunda atdığı addımlar on illər sonra belə Tehranda danışılmadı və ya görülmədi. Bəlkə də zamanla müəyyən irəliləyişlər əldə etmək mümkün olardı. Ancaq Tehranın basqı siyasəti bu qazanımları da məhv elədi. Habelə Azərbaycanda işçi haqları ilə bağlı yaranan ümidləri və həvəsi də qırdı. Uzun illər sürən mənfi təbliğat nəticəsində Azərbaycanda siyasi düşüncə hakim mövqeyə çevrildikcə, bütün inkişaf qığılcımları da bu proseslə közərir. Bütün bu məqamlarda isə zərər görən tərəf Azərbaycan milləti olur.

Artırmalıyıq ki, işçilər həm Pəhləvi dönəmində, həm də İslam Cümhuriyyəti dövründə basqıya məruz qaldılar. Şah rejimi illərində baş vermiş inqilablar zamanı mühüm rola malik işçi etisabları inqilabdan sonra bütünlüklə unuduldu. İslami İnqilabdan sonra işçilər bəlkə də hakimiyyətin unutduğu ilk qrup oldular.

Ancaq burada da qeyri-fars işçilərin gördüyü zülm ön planda durur. İş qəzaları, işçilərin sendika haqları və aldıqları ücrətlərə baxılınca Azərbaycandakı bir işçi ilə İsfahan və Yəzddəki bir çalışan arasındakı fərqi aydın bir şəkildə görmək olar. Hətta sərmayə dağılımındakı ədalətsizlik Azərbaycanın get-gedə yoxsullaşmasına nədən oldu. Yeraltı və yerüstü zənginliklərə sahib Azərbaycanın bütün gəlir və qazancları təəssüf mi, Tehran büdcəsinə yatırılır. Dünyaca məşhur Süngü mis mədənlərinə baxılınca minimum imkanların olmaması Azərbaycanın Tehran rejiminin gözündə bir müstəmərə olaraq göründüyünü deməyə əsas verir.

İşçilərin minimum aylıqlarının düzgün bölüşdürülməməsi, koronavirus səbəbindən işsiz qalanların hakimiyyət tərəfindən heç bir dəstək görməməsi, habelə etirazlarının basqı ilə yatırılması işçilərin necə bir durumda olduğunu göstərir.

Ölkə iqtisadının böyük çoxunluğunun “Sepah” kimi mafiya mərkəzlərinin əlində birləşməsi və məclis kimi nəzarət yerlərinin onun əmrində olması bu durumun düzəlməsinə də ümid yeri qoymur.

Related Articles

Bir cavab yazın

Back to top button