İran

İsrafi̇l Fətullahzadə müvəqqəti̇ azadlığa buraxıldı

Azərbaycanlı mədəni fəal İsrafil Fətullahzadə ordibeheştin 4-də Əhər zindanından mürəxəsiyə buraxılıb. Fəal 100 milyon tümənlik vəsiqə qarşılığında bir həftəlik mürəxəsiyə göndərilib.

Bildirək ki, İsrafil Fətullahzadə ötən il bəhmənin 11-də tutuqlanıb və 7 aylıq həbs cəzasını çəkməsi üçün zindana aparılıb. Bundan öncə azərbaycanlı fəal türkləri təhqir edən “Fitilə” televizyon proqramına etiraz etdiyi üçün tutuqlanıb. İsrafil Fətullahzadə 1 isfənd 1392-ci ildə Əhərdə Dünya Ana Dili Günü münasibətilə qurulan mərasimdə İranın əmniyyət qüvvələri tərəfindən həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button