İran

IAEA: İran 3 nüvə obyekti ilə bağlı etibarlı izahat verməyib

Atom Enerjisi üzrə Beynəlxalq Ajans İran hökumətinin ölkədəki 3 məxfi nüvə təsisatı ilə bağlı indiyə qədər etibarlı izahat vermədiyini bildirib.

Bu barədə agentliyin rəhbəri Rafael Qrossi sözügedən təşkilatın Vyanada baş tutan iclasında çıxışı zamanı deyib. O bildirib ki, İran 2018-ci ildə Tehranın Turquzabad bölgəsindən daşınan nüvə maddələrinin saxlandığı yaxud bu maddələrlə çirklənmiş avadanlıqların yeri barədə Beynəlxalq Ajansa heç bir məlumat verməyib .

Qrossi sonda Beynəlxalq Ajansın İranla dərhal hazırkı problemləri həll edərək, bu ölkənin nüvə proqramının tamamilə sülh məqsədli olduğuna əmin olmaq üçün danışıqlar aparmağa hazır olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button