İran

İbrahım Rəisi: təvərrümü kontrol etmişik və əsasi əmtəələrin vəziyyəti yaxşıdır.

Rəisi, Viena danışıqları barədə deyib: “İran bu danışıqlarda müqtədir və izzətli hüzuru olmuşdur”.

Təavün, İş və Rifah Baxanlığı Azər ayının 14-ü yeyinti çeşidləri orta qiymətlərinin yüzdə 83 bahalaşdığını “böhrandan daha yüksək” adlandırması ilə yanaşı, İranın cümhur başqanı İbrahim Rəisi bir televizion bərnaməsində Onüçüncü Dövlətin təşkilindən sonra üçüncü danışığı olaraq dünən gecə deyib: Amar Mərkəzinin bildirməsinə əsasən ölkədə təvərrüm kontrol olunub və əsasi əmtəələrin təmini və zəxirəsi vəziyyəti çox yaxşıdır. Dövlət azaldılmalı təvərrüm siyasəti götürüb. Dövlət iqtisadi sübat üzrə və qiymətlərin kotrol olunmasına uğurlu davranıb.
Rəisi, Viena danışıqları barədə deyib: “İran bu danışıqlarda müqtədir və izzətli hüzuru olmuşdur”.
Amma, avropalı məqamlar isə Viena danışıqlarının ümidləndirici olmadığını deyiblər.
İranın Amar Mərkəzinin Azər ayının 2-si nəşr etdiyi hesabata görə Aban ayında təvərrüm nırxı süd, pendir, süd məhsulları, yağlar və yumurta kimi yeyinti maddələrinin çoxunda yüzdə 72-dən çox olub.
Mərkəzin bildirməsinə görə, Aban ayında illik təvərrüm nırxı, ölkənin ailələri üçün yüzdə 44.4 olmuş, şəhər və kənd ailələri üzrə illik təvərrüm nırxı isə sıra ilə yüzdə 43.6 və yüzdə 48.3 olmuşdur.
Təavün, İş və Rifah Baxanlığının Amar və Strateji Araşdırmalar Mərkəzinin Azər ayının 14-ü nəşr olunmuş hesabatında yeyinti çeşidləri o cümlədən İran və xarici düyü, toyuq, yumurta, süd, qatıq və bu kimi yeyinti maddələrin orta qiymətlərinin yüzdə 83 bahalaşdığını “böhrandan daha yüksək” adlandırıb.
Rəisi televizion danışığının sonunda deyib ki, ölkənin bütün müşküllərinin həlli yolu var və həll olunmaz deyil. Mən ölkənin gələcəyinə daha da ümidliyəm və gələcəyinin parlaq olacağını görürəm.

Related Articles

Bir cavab yazın

Back to top button