İran

İbrahim Rəisi hökuməti edamların sayını artırıb

İbrahim Rəisinin hakimiyyətə gəlişindən sonra İranda məhkumların edam sayının kəskin artacağı barədə proqnoqzlar özünü doğrultmaqdadır.

Mayın 18-i səhər saatlarında daha əvvəl narkotik maddələrin alverində günahlandırılaraq həbs edilmiş 3 məhbus Mazəndəran əyalətinin Amol şəhər zindanında dar ağacından asılaraq edam edilib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata edam edilən şəxslərin Fərşad Nemətzadə, Mehdi Şirçian və İshaqi adlı 3 məhbus olduğunu bildirib.

Qeyd edək ki, aprelin sonlarında İnsan Haqları Təşkilatı və Fransanın “Edam cəzasına qarşı birgə” Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq ediblər.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq olunduğu və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25% çoxaldığı yazılıb.

Onlar İbrahim Rəisinin prezident seçilməsindən sonra 2021-ci ilin ilk yarısı ilə ikinci yarısı arasında müqayisədən edam hökmlərinin iki dəfə artdığını qeyd ediblər.

İki təşkilatın yaydığı 120 səhifəlik hesabatda İbrahim Rəisinin hakimiyyəti dövründə həyata keçirilən edam cəzalarının yalnız 55-nin (16.5%) rəsmi olaraq elan edildiyi, 278 nəfərin edam edilməsi barədə rəsmi məlumat verilmədiyi qeyd bildirilib.

 

Related Articles

Bir cavab yazın

Back to top button