Dünya

Bayden: “Putin müharibəni seçdi”

“Rusiyanın rəhbəri Vladimir Putin insan itkisi və iztirablara səbəb olacaq müharibəni seçib”.

“Rusiyanın rəhbəri Vladimir Putin insan itkisi və iztirablara səbəb olacaq müharibəni seçib”.

“Aznews tv” xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında deyilir.

ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə vahid və qəti cavab verəcəklər.

“Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya cavabdehdir, ABŞ, onun müttəfiqləri və tərəfdaşları vahid və qəti şəkildə cavab verəcəklər. Dünya Rusiyanı məsuliyyətə cəlb edəcək”, – Amerika lideri bildirib.

O, həmçinin bildirib ki, gecə saatlarında Ukrayna ətrafında vəziyyəti izləyəcək və baş verənlərlə bağlı mütəmadi olaraq məlumat almağa davam edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button